Norveçin Utoya adasında 69 nəfəri qətlə yetirən terrorçu Anders Breyvik 11 mayda keçirilən məhkəmə prossesində ona tərəf ayaqqabı atılmışdı. “Cəhənnəmə, get, cəhənnəmə get, sən mənim qardaşımı öldürmüsən” deyərək, ayaqqabısını çıxarıb atan şəxs 20 yaşlı, İraq əsilli Mustafa Qasımdır. Ayaqqabı Anders Breyvikə yox, onun vəkilinə dəymişdi. İnsidentdən sonra Mustafa psixoloq baxışından keçmək üçün xəstəxanaya göndərilib. İsveç polisi onun əməlində hər hansı bir qanun pozuntusunun olmadığını bildirir.
Bənzər hadisə 2008-ci ildə ABŞ prezidenti Corc Buşun İraq səfərində mətbuat konfransı keçirərkən baş vermişdi. O zaman iraqlı jurnalist Müntəzər əl-Zeydi Corc Buşa ayaqqabı atmışdı.
azadliq.info