ulduz fali

Günün ulduz falı (13.05.12)

QOÇ
Günün hadisələri sizin istədiyiniz şəkildə cərəyan etməyəcək. Digər tərəfdən, hadisələrin açarı düşmənlərinizin əlində olacaq. Buna baxmayaraq, təslim olmayın, nikbinliyinizi itirməyin. Az keçməz, rahat nəfəs alarsınız. Səhhətinizə də diqqət yetirin.
BUĞA
Günün sevindirici tərəfi onun çətinlik gətirməməsilə bağlıdır. Taleyinizdən şikayət etməyin, bir balaca çalışsanız, istədiyinizə çatmaq şansınız olar. Ətrafdakılarla münasibətiniz normal olacaq. Ehtimal ki, gəliriniz olacaq.
ƏKIZLƏR
Daha bir çətin gündür. Yaxşı köməkçi tapmaq günün vacib şərtlərindən biridir. Situasiyanı dəyişmək imkanı öz əlinizdədir. Bu gün “Əkizlər” qəribə təkliflər eşidəcəklər, amma razılıq verməyə tələsməyin. Sizin tələskənliyinizdən düşmənlər istifadə edə bilərlər. Situasiyanı dərindən analiz etmək üçün möhlət alın.
XƏRÇƏNG
Situasiya yaxşılığa doğru dəyişəcək. Gün qeyri-rəsmi ünsiyyət üçün münasibdir. Istənilən problemi müzakirə edərək fikir və ideyalarınızı bölüşə bilərsiniz. Valideyn “Xərçəng”lər üçün bu gün asan olmayacaq. Onları övladlarıyla aralarında ciddi fikir ayrılığı gözləyir.
ŞIR
Əla gündür. Sizi çoxsaylı xoş sürprizlər gözləyir. Ehtimal ki, çoxdankı arzunuz reallaşacaq. Maraqlı görüşlər də gözlənilir. Bürcün sevən nümayəndələrinin həyəcanlanmağa əsası yoxdur, problemlər həll olunacaq, yarınızla yaxşı dil tapa biləcəksiniz. Ehtimal ki, qiymətli hədiyyə də alacaqsınız.
QIZ
Bu gün faydalı işlə sakit məşğul ola bilərsiniz. Gün məhsuldarlıq vəd edir. Sizin öhdənizə düşən yeganə iş vaxtınızı hədər yerə itirməməkdir. Şəxsi müstəvidə baş verənlər isə bir o qədər sevindirici olmayacaq. Yaxınlarla aranızda ciddi fikir ayrılığı yaşanacaq.
TƏRƏZI
Vacib məsələ ətrafında düşünmək üçün yaxşı zamandır. Mübahisə etmək olar, çünki siz ən çətin məsələləri həll edəcəksiniz. Sevginizi də etiraf etmək üçün bu gündən faydalana bilərsiniz. Ulduzlar bu istiqamətdə sizi dəstəkləyirlər.
ƏQRƏB
Tez-tez çətinlikləriniz olacaq. Ən pisi isə budur ki, çətinliklər sizin istəmədiyiniz məqamda baş verəcək. Pulunuza qənaət edin. Vacib sənəd və ya qiymətli əşya itkisi də istisna deyil. Bürcün bəzi nümayəndələrinin qohumlarla pul üstündə mübahisəsi düşəcək.
OXATAN
Həftənin bütün çətinlikləri sanki bir gündə cərəyan edəcək. Bunun bir yaxşı tərəfi də var. O da bu gündən sonra yolunuzda yaşıl işığın yanmasıyla əlaqədardır. Yaxşı olar ki, ağır fiziki işlər görməyəsiniz. Əgər belə davam edərsə, səhhətinizi təhlükə gözləyir.
OĞLAQ
Başladığınız işi davam etdirin. Gün yeni dəyişikliklər üçün əlverişli hesab edilmir. Çətin işlərdən qorxmayın. Inad etsəniz, ən məkrli düşməninizə belə, qalib gələ bilərsiniz. Bu gün onlardan bəzilərini həll edə bilərsiniz. Günün ikinci yarısına şərait dəyişikliyi gözlənilir. Ehtimal ki, yola çıxacaqsınız.
DOLÇA
Rəhbərliklə, həmkarlarla aranızda fikir ayrılığı baş qaldıracaq. Birdən-birə kəskin çıxış etməyin. Daha nəzakətli və düşüncəli olun. Əks halda, özünüz öz başınıza dərd açacaqsınız. Evdə isə vəziyyət daha yaxşı olacaq və bu müstəvidə problemsiz həyat sizi gözləyir.
BALIQLAR
Yüngül hərəkətlər etmək ciddi problemlər yarada bilər. Işgüzar danışıqlar istədiyiniz istiqamətdə inkişaf etməyəcək. Yaxınlarla səmimi olun. Sizi anlayacaqlar, dəstək verəcəklər. Fikirlərinizi ictimailəşdirməmişdən əvvəl dönə-dönə götür-qoy edin.