Dəhşətli qəzada qardaş və bacı oldü

Mayın 13-də günorta saatlarında Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolunun 52-ci km-də, Xızı rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

APA-ın şimal bürosunun verdiyi məlumata görə, Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Əbülfəz Qurbanovun idarə etdiyi, 10 SF 996 dövlət nömrə nişanlı “VAZ-21010” markalı avtomobili aşırıb. Qəza nəticəsində Ə. Qurbanovun həyat yoldaşı Hənifə Qurbanova və qayını Yunus Qurbanov dünyasını dəyişib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qəza xilasetmə qrupu cəlb olunub. Onların köməkliyi ilə meyitlər avtomaşından çıxarılıb. Avtomaşının sürücüsü yorğun olduğunu və qəza zamanı ani olaraq yuxuya getdiyini bildirib. Onlar Bakıdan Qubaya yas mərasiminə gedirmişlər.