Zəfər Quliyev REGNUM-la əməkdaşlığını dayandırdı

Azərbaycanlı politoloq, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Zəfər Quliyev Rusiyanın REGNUM agentliyi ilə əməkdaşlığı dayandırıb. Səbəb agentliyə rəhbərliyin birbaşa erməninin əlinə keçməsidir.  Bu barədə politoloq Facebook səhifəsində xəbər yayıb.

“Faktxeber.com” saytı isə məlumat verib ki, adı gizli saxlanılan Kipr kompaniyası REGNUM İA-da paya sahib olub, agentliyin baş redaktor Modest Kolerov tutduğu vəzifədən gedib. Xəbərə görə, yaxın günlərdə Kolerova Regnum-un nəşriyyat evinin prezidenti vəzifəsi təklif ediləcək. Regnum İA-nın baş redaktoru isə sabiq direktorun müavini Vigen Akopyan olacaq.