Vicdan məhbusu atası ilə görüşüb

Elnur Məcidli aclıq aksiyasına dəstək verdiyini bildirib

AXCP Gənclər Komitəsinin üzvü, vicdan məhbusu Elnur Məcidli dünən 17 saylı cəzaçəkmə müəssisəsində atası Arzuman Məcidli ilə görüşüb. A.Məcidlinin sözlərinə görə, oğlunun səhhətində və saxlanma şəraitində hər hansı problem yoxdur:
 “Əhval-ruhiyyəsi yaxşıdır, bütün dostlarına, əqidə yoldaşlarına salam göndərdi. Bildirdi ki, vicdan məhbuslarının aclıq aksiyasına o da qoşulacaq. Əgər aksiyanı məhbuslar keçirməsə, Ictimai Palatanın bununla bağlı qəbul etdiyi qərarı dəstəkləyəcək. Onu da bildirdi ki, vicdan məhbuslarının bu aksiyasına Nemət Pənahlı da qoşulmaq fikrindədir”.
A.Məcidli oğlunun üçdə-birlə bağlı məhkəməyə müraciət etdiyini, işə mayın 15-də 17 saylı cəzaçəkmə müəssisəsi daxilində baxılacağını da bildirib.

Gültəkin