Tütünçəkmə haqqında sorğu keçirilir

Azərbaycan Səhiyyə Kommunikasiyası Assosasiyasının Facebook sosial şəbəkəsindəki səhifəsində siqaretçəkmə ilə bağlı sorğu keçirilir. Sorğunun keçirilməsində məqsəd Azərbaycanda siqaretçəkmə, qapalı ictimai yerlərdə siqaret çəkməyə cəmiyyətin münasibətini öyrənmək, bu zərərli vərdişdən əl çəkmək üçün atılmalı olan addlmların planlaşdırılmasına, dövlət səviyyəsində zəruri tədbirlərin görülməsinə yardım göstərməkdir.
Bu sorğuda iştirak etməklə özünüzün və digərlərinin sağlamlığını dəstəkləməyə kömək edə bilərsiniz. Sorğuda iştirak üçün ASKA-nın Facebook sosial şəbəkəsinə (http://www.facebook.com/ahca2008) daxil olun.