doyulme

Polislərin gözü qarşısında vəhşilik

doyulmeSahibkar fəhləni 19-cu bölmədə döyüb; Polislər isə baş verənləri sükutla izləyib

Imişli rayon sakini Xudiyev Eldəniz Yusif oğlu polislərin gözü qarşısında vəhşicəsinə döyülsə də, asayiş keşikçiləri heç bir tədbir görməyib. Bu barədə məlumatı AzeriNews.org xəbər portalı yayıb. Məlumatda deyilir ki, Eldəniz Xudiyev polis əməkdaşlarının gözü qarşısında amansızcasına döyüldükdən sonra Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Məlumata görə, döyülən vətəndaş Bakıda müxtəlif obyektlərdə soyutma-isitmə sistemlərinin quraşdırılması ilə məşğul olub. Son dəfə Bakının Nəsimi rayonu, Seyidzadə 30A ünvanında bu işi görüb. Həmin ünvanın Əlqəm adlı sahibi işə görə 14 min manat pul verməli imiş. Lakin o pul əvəzinə əvvəlcə Eldəniz Xudiyevi 19-cu polis bölməsinə aparıb. Orada yaxınları ilə birgə sahə müvəkilli Teymur Hacıyevin və 19-cu polis bölməsinin əməliyyatçısı Ə.Muradovun gözü qarşısında Eldəniz Xudiyevi qəddarlıqla döyüb. Polis işçiləri isə baş verənləri sükutla izləyiblər. Lakin məsələ bununla bitməyib.
Məlumatlarda bildirilir ki, ağır xəsarət alan Eldəniz Xudiyev hal hazırada Kliniki Tibbi Mərkəzinin 4-cü korpusunun 304 saylı palatasında müalicə alır.
DIN-in mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə onlarda bu barədə məlumat olmadığını bildirib. O, əlavə edib ki, əgər xəstəxanadan DIN-ə bu barədə məlumat daxil olarsa araşdırılacaq.