Londonda bu yay keçiriləcək XXX Olipiada oyunlarında təhlükəsizlik “səs topu” ilə qorunacaq. ABŞ-da istehsal olunan cihaz böyük təsir radiusuna malikdir. Silahla xəbərdarlıq siqnallarının göndərilməsi, habelə güclü ağrı yaradan səs siqnalının yönəldilməsi mümkündür. Hal-hazırda “səs topu”ndan gəmilərdə piratlara qarşı mübarizədə istifadə edilir.
“LRAD Corporation” şirkəti tərəfindən istehsal olunan dalğa silahı əvvəllər də özünü təsdiqləyib. Somalidə piratlarla, İraqda üsyançılar ilə, Gürcüstanda kütləvi aksiyaların dağdılmasında uğrulıa istifadə olunub. 150 desibel tezliyində səs dalğası göndərə bilən qurğu kütləvi iğtişaşları dağıtma gücünə malikdir. İnsan orqanizmi üçün ağrıl yarada bilən səs tezliyi isə 120 desibeldən başlayır. 100 metr məsafədən zərbə endirmək gücünə malikdir.
azadliq.info


