“İsrailin hər nöqtəsini vura bilərik”

Hizbullah lideri Həsən Nəsrallah  təşkilatın əlində İsrailin hər tərəfindəki hədəfləri dəqiq vurma gücünə malik silahın olduğunu iddia edib. Video vasitəsilə müsahibə verən Nəsrallah İsraili təhdid edib. “İsrail Livanla müharibəyə başlarsa, Beyrutda məhv edilən hər evin əvəzinə bir hədəfi məhv edəcyik” – deyə bildirib. 
“Həmas” lideri İsmayıl Haniyə isə İsrail İran arasında müharibə başlayacağı təqdirdə, bu münaqişəyə qatılmayacaqlarını bildiriblər.
 
azadliq.info