Gəncədə İctimai Palataya qadağa

Dünən Gəncədə İctimai Palatanın Kəlbəcər rayon şöbəsinin təsis yığıncağı keçirilməli idi. Lakin polis AXCP, AMDP və Gəncədəki bir neçə QHT-nin təşkil etdiyi tədbirin baş tutmasına imkan verməyib. Təşkilatçılar tədbir üçün iki şadlıq evi danışıblarmış. Son anda həmin şadlıq evlərindən biri imtina cavabı verib, o biri isə qapılarını açmayıb. Təşkilatçılar hər iki şadlıq evinin rəhbərliyinə Gəncə İcra Hakimiyyəti və Polis İdarəsi səviyyəsində təzyiqlərin olduğunu bildiriblər. Təsis yığıncağı qeyri-müəyyən vaxta qədər təxirə salınıb.