Dünən axşam saatlarından başlayaraq “Yeni Müsavat” qəzetinin saytına – musavat.com girişdə texniki problem yaranmışdı. Bu gün saat 15.30-a qədər davam edən problem sayta nəzarət edən domen şirkəti ilə aparılan uzun yazışmalardan sonra, nəhayət, həll olunub. Bu barədə məlumat yayan sayt qeyd edir ki, problem hər hansı hücumla bağlı yox, texniki olub.
***
“Yeni Müsavat” qəzetinin internet səhifəsi artıq bir neçə saatdır ki işləmir. Qəzetin baş redaktoru Rauf Arifoğlu “azadlıq.info”ya açıqlamasında bildirdi ki, saytda yaranmış problemin dəqiq səbəbi bilinmir. Lakin baş redaktor əlavə etdi ki, ilkin araşdırmalardan və saytın domeninin qeydiyyatda olduğu ABŞ şirkətiylə yazışmalardan sonra problemin həmin şirkətdən qaynaqlandığı məlum olub. Arifoğlu saytın fəaliyyətinin bərpa edilməsi üçün texniki heyətin və domeni idarə edən şirkətin çalışdığını bildirib.


