YAP-a üzv olan müğənni: “Siyasətdən heç nə anlamıram”

Əməkdar artist İlqar Muradov Yeni Azərbaycan Partiyasına üzv olmasından danışıb. Bu barədə Lent.az-a açıqlama verən müğənni bildirib ki, partiya sıralarına bir neçə ildir ki, qoşulmaq niyyətində olsa da, bu, mümkün olmayıb: “Yeni Azərbaycan Partiyasına aparıcı bir partiya olduğu üçün qoşuldum. Əslində, partiya yaranandan onun üzvüyəm. Çünki partiyanın təşkil etdiyi bütün tədbirlərində iştirak etmişəm. Qərara gəldim ki, bu quruma rəsmi üzv olum. Sağ olsunlar, məni qəbul etdilər. Hər il müraciət etmək istəyirdim, amma nəsə bir iş çıxdığı üçün alınmırdı. Nəhayət, bu il mümkün oldu. Partiyaya qoşulmağıma baxmayaraq, siyasətdən heç nə anlamıram”.