Rusiya müxalifəti təslim olmur

Rusiya müxalifətinin liderlərindən Boris Nemsov tərəfdarlarını müxalifət fəalları Aleksandr Navalnı və “Sol cəbhə” təşkilatının lideri Sergey Udalsovun cəza çəkdiyi təcridxananın qarşısına yığışmağa çağırıb. Bu iki fəal iğtişaşlara çağırmaq ittihamı ilə 15 sutka cəza almışdılar. Putinin üçüncü prezidentlik müddəti ilə barışmayan müxalifətçilər  Moskvada fasiləsiz “etiraz gəzintisi” keçirmişdilər. 
 
Həbs çəkən Udalsov tərəfdarlarını gəzinitini davam etdirməyə  və iyunun 12-də  “Milyonların marşı” mitinq aksiyasına hazırlaşmağa çağırıb. Udalsov: “Rusiyanın azadlığı uğrunda mübarizə davam edəcək”. Boris Nemsov Udalsovun təklifini dəstəkləyib. 
 
azadliq.info