“Kurtlar Vadisi Pusu”: 158-ci bölümdə nələr olacaq? (VİDEO)

Türkiyənin TNT kanalında yayımlanan “Kurtlar Vadisi Pusu” serialının 158-ci bölümü mayın 10-da nümayiş olunacaq. Lent.az filmin saytına istinadən xəbər verir ki, bu bölümdə Polad və adamları Cahidi xilas etmək planı qurarkən Hikmətin qaçırıldığı xəbəri ilə sarsılır. Kara yarımçıq qoyduğu işini bitirmək istəyir. Yaşar, Pusat və Mete bir araya gəlir. Yaşar oğlunun intiqamını almaqda israr edir…