QOÇ
Ehtimal ki, xoşagəlməz tendensiyalarla üzləşəcəksiniz. Nəzərə alın ki, nə qədər səy göstərsəniz də, uğur qazanmaq şansınız sıfırdır. Çünki ulduzlar bu gün sizin tərəfinizdə olmayacaqlar. Ailə üzvlərilə aranızda kəskin mübahisələr yaşanacağı da qaçılmazdır.
BUĞA
Həftənin ən sakit günlərindən biridir. Qəliz suallara cavab axtarmaq, çətin işlər icra etmək lazım gəlməyəcək. Ulduzlar bildirir ki, işləriniz bu gün yolunda gedəcək. Əhvalınız da yaxşı olacaq. Təbii ki, yaxınlarla da münasibətiniz qaydasında olacaq. Hətta gözlənilməz fikir ayrılığı olarsa belə, aranızda mübahisə yaşanmayacaq.
ƏKIZLƏR
Uğursuz gündür. Situasiyanı ələ almaq çətin olacaq. Bunun ucbatından da şansınızı itirəcəksiniz. Yaradıcılıq potensialı da aşağı düşəcək. Yaxınlarla aranızdakı münasibətlər gərginləşəcək. Siz mənəvi dayaq axtardığınız bir zamanda onlardan bunu ala bilməyəcəksiniz. Qiymətli əşyalarınızı və pulunuzu qoruyun.
XƏRÇƏNG
Demək olar ki, həftənin ən çətin günüdür. Buna görə də gücünüzü toplayın və səhv buraxmayın. Fitnələrə uymamağınız sizin ehtiyatlılığınızdan çox asılıdır. Yaşca sizdən böyük olan qohumların sözünü dinləyin, bu gün kənardan baxışa böyük ehtiyacınız olacaq.
ŞIR
Bəxt üzünüzə güləcək. Rəqiblərinizi qabaqlamaq şansınız olacaq, həmçinin, işgüzar bacarığınızı nümayiş etdirməklə rəhbərliyin gözünə girəcəksiniz. Gün ünsiyyət baxımından səmərəlidir. Gün romantik münasibətlərin təməli üçün də əlverişli hesab edilir.
QIZ
Çox uğurlu gündür. Bir zamanlar hansısa çətin işə girişməyə cəsarətiniz çatmayıbsa, bu gündən səmərəli istifadə edin. Sevgi etirafının olacağı da istisna deyil. Bu isə sizin üçün həm gözlənilməz, həm də xoş olacaq. Ehtimal ki, böyük məbləğdə gəliriniz olacaq.
TƏRƏZI
Gününüz xoş keçəcək. Son zamanlar baş vermiş anlaşılmazlığa da son qoyacaqsınız. Həyatınızda yeni səhifə açılacaq. Dostlarla təmasda ola bilərsiniz, yaxud da gözəllik salonuna gedə bilərsiniz. Günün maliyyə mənzərəsinin yaxşı olacağı gözlənilir. Yaxınlarınız hədiyyələrilə diqqət və qayğı nümayiş etdirəcəklər.
ƏQRƏB
Asan olmasa da, uğur qazanmaq şansınız var. Təklikdə işləməyin, özünüzə köməkçi axtarın. Yaxşı olar ki, bu gün yeni işə girişməyəsiniz, adət etdiyiniz işlərin qulpundan yapışın. Yaxınlarla konfliktdən qaça biləcəksiniz. Bəzən sizə elə gəlir ki, hər şeyi sıfırdan başlamaq və əlaqələri keçmişdə qoymaq lazımdır. Ulduzlar isə bunu məsləhət görmür.
OXATAN
Riski azaltmaq, ehtiyatlı olmaq – bu, çətinliklərdən və problemlərdən uzaq durmaq üçün günün sadə reseptidir. Ulduzlar sizin tərəfinizdə olmasalar da, siz öz işlərinizin öhdəsindən gələcəksiniz. Köhnə əlaqələri bərpa etmək şansınız da olacaq, amma bunun üçün müəyyən vaxt tələb olunur.
OĞLAQ
Yaxşı gündür. Əgər siz tələskənliyə yol verməsəniz, taleyinizlə siçan-pişik oynamasanız, axmaq səhvlər buraxmasanız, onda qarşınızda yeni imkanlar açılacaq. Məsləhətlərə qulaq asın. Günün ikinci yarısına romantik görüş təyin edin. Ancaq ailəvi böyük mərasimlər üçün gün əlverişli deyil.
DOLÇA
Məhsuldar, maraqlı gündür. Bürcün yaradıcılıqla bağlı olan nümayəndələrini işgüzar müstəvidə uğur gözləyir. Yaşlı qohumlarla mübahisə edəcəyiniz də gözlənilir. Ailə büdcəsini incələməyiniz məsləhət görülmür. Siz bəzən öz istək və arzularınız qarşılığında ətrafınızdakıların fikrinə göz yumursunuz.
BALIQLAR
Yaxşı olar ki, bu gün qohumlarla mübahisə etməyəsiniz. Əgər bu gün mübahisə etsəniz, onun nəticəsi sizin üçün ağır ola bilər. Bürcün valideyn nümayəndələri uşaqlarla ünsiyyət qura bilməyəcəklər. Mənəvi dayaq çətin işlərdən qalib çıxmaq üçün ən mühüm göstəricidir. Zəif xarakterinizə qalib gəlsəniz, gün yaxşı keçəcək.

Günün ulduz falı (10.05.12)
•