Gənclər “Gül bayramı”na etiraz etdi (FOTOLAR)

“Bizə gül yox, demokratiya lazımdır”

Bu gün axşam saatlarında Müsavat Gənclər Təşkilatının təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda Gül bayramına etiraz olaraq aksiya keçirilib. Aksiyaya ADP və VHP gənclər təşkilatları da dəstək verib. Üzərində vicdan məhbuslarının köynəyi olan 50-dək gənc Kukla teatrının yaxınlığından başlayaraq yürüş keçiriblər. 10 dəqiqə çəkən aksiya mülkü geyimli şəxslər və polislər tərəfindən dağıdılıb.
Polislər gənclərin köynəklərini müsadirə edib, azadlıq radiosunun əməkdaşı Cavanşir Ağamalıyevə təzyiq göstərib (musavat.com).