Mayın 8-i axşam saatlarında Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğu qarşısında aksiya keçirilib.
“Media forum” saytının məlumatına görə, İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) nəzdində fəaliyyət göstərən “Bəsic” (hökumət tərəfdarı olan könüllülər dəstəsi) təşkilatına üzv tələbələr, axundlar və hicab tərəfdarı qadınlar aksiyaya qatılaraq Azərbaycan Respublikasının ev sahibliyi etdiyi “Avroviziya 2012” mahnı yarışına, yarış ərəfəsində Bakıda keçirilməsi planlaşdırılan “gey-parad”a etiraz bildiriblər.
Azərbaycan hakimiyyətinə qarşı şüar səsləndirən aksiyaçılar qətnamə qəbul edərək Azərbaycan Respublikasında “Avroviziya” yarışmasının, eləcə də “gey-parad” keçirilməsi planının ləğv olunmasını, Azərbaycanda həbsdə saxlanan islamçıların və vicdan məhbuslarının azadlığa buraxılmasını tələb ediblər.