Avropa Liqasının qalibi Madrid komandası oldu

Mayın 9-da Buxarestdə UEFA Avropa Liqasının final oyunu keçirilib. İki ispan komandasının – Madrid “Atletiko”su və Bilbao “Atletik”inin üz-üzə gəldiyi finalda paytaxt təmsiçiləri üstün gəlib. Rəqibini 3:0 hesabı ilə yenən “Atletiko” 2010-cu ildəki uğurunu təkrarlayaraq Avropa Liqasının qalibi olub.

İndiyəcən daha 25 komanda Avropa Liqasının (UEFA kubokunun) finalıdan qələbə ilə ayrılıb:

“Yuventus” – 3 dəfə
“İnter” (İtaliya) – 3
“Liverpul” – 3
“Borussiya” (Mönhenqladbah) – 2
“Tottenhem” – 2
“Real” (Madrid) – 2
“Höteborq” – 2
“Parma” – 2
“Feyenoord” – 2
“Sevilya” – 2
“Portu” – 2
“Anderlext” – 1
PSV –  1
“Ayntraxt” – 1
“İpsviç” – 1
“Bayer” – 1
“Napoli” – 1
“Ayaks” – 1
“Bavariya” – 1
“Şalke 04” – 1
“Qalatasaray” – 1
“Valensiya” – 1
SSKA (Rusiya) – 1
“Zenit” – 1
“Şaxtyor” (Ukrayna) -1.

“Media forum”