Sarkozini müsəlmanlar devirdi

Fransada keçirilən seçkilərə dair “Le Figaro” qəzetinin apardığı bir sorğuda müsəlman seçicilərin 93%-in Sarkozi əleyhinə səs verdiyi ortaya çıxıb. Sarkozinin müsəlmanları, mühacirləri, Türkiyənin hədəf alması və millətçi ultra-sağ partiyaların seçki şüarlarını platformasına salması müsəlman seçicini Ollanda səs verməyə məcbur edib.

Ölkənin ateist əhalisinin ancaq 34%-i Sarkozini dəstəkləyərkən, katoliklərin 73%-i səslərini onun xeyrinə veriblər. Hərdən kilsəyə gedənlərin 58%-i, protestanların 61%-i Sarkozini dəstəkləyib.  

Gənc nəsil arasında Olland daha populyar olub. Elm adamları, texnoloqlar  Ollandı dəstəkləyərəkən, Sarkozi əsas səs payını xırda ticarətlə məşğul olanlardan alıb. Anketin sorğunu əsas kimi götürsək, müsəlman seçicilərin səsi Fransada həlledici faktora çevrilə bilib.

azadliq.info