Bazar günü andiçmə mərasimi ilə rəsmən prezident olan Vladimir Putinə etiraz edən “Anonymous” xaker qrupunun Rusiya təmsilçiləri Kremlin saytına və digər prezident saytlarına hücum ediblər. Düz bir saat sayta daxil olmaq mümkün olmayıb. Qrup üzvləri iki sayt dağıtdıqlarını tvitterdə “Tango down” mesajı ilə bildiriblər.
Kremlin rəsmi mətbuat xidməti məlumatı təsdiqləyib. Sayta girişin bir müddət mümkünsüz olduğunu bildirib. Ancaq xaker hücumunun arxasında dəqiq kimin dayandığı hələ məlum deyil. Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəsmi saytı fsb.ru-ya da giriş olduqca zəifləyib.
azadliq.info