Azərbaycanın orta məktəblərində buraxılış imtahanlarının keçiriləcəyi tarix açıqlanıb.
APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə verdiyi açıqlamada buraxılış imtahanlarının iyunun 2-dən başlayaraq keçiriləcəyini bildirib. Bütün regionları əhatə edəcək buraxılış imtahanları ilə bağlı müvəqqəti qaydalar artıq hazırlanıb. TQDK sədri bu qaydaların yaxın günlərdə mətbuatda dərc olunacağını bildirib.