ABŞ-dan dünyaya azadlıq və demokratiya mesajı

Hillari Klinton: «Biz demokratik sistemin inkişafı üçün tələb olunan dəyərlərin qorunmasına çalışmalıyıq»

ABŞ-ın dövlət katibi Hillari Klinton Nyu-Yorkun Sirakuza Universitetində tələbələr qarşısında çıxışı zamanı mühüm mesajlar verib. Klinton ABŞ-ın dünya liderliyini qorumasını, həm də dünyanın sabitliyi və təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Biz sübut etmişik ki, dünya üçün qarşıda çətin anlar dursa da, ABŞ-ın keçmişdə olduğu kimi indi də liderliyini saxlamasının dünya üçün böyük əhəmiyyəti var”.
Dovlət katibi ABŞ-ın öz dəyərlərini qorumaqda və başqaları üçün ilhamverici nümunə kimi qalmaqda davam etməli olduğunu deyib. Hillari Klinton çıxışında ABŞ-ın ilk dövlət katibi Tomas Ceffersona istinad edərək “millətin maraqları yaxşı başa düşüləndə o, həmin millətin mənəvi məsuliyyətləri ilə üst-üstə düşür”- söyləyib. Klinton amerikalıların demokratiya və insan haqlarını həmişə müdafiə etdiklərini və bundan sonra da ənənələrinə sadiq qalacaqlarını bildirib: “Biz daim demokratik sistemin təsisatlaşdırılması üçün tələb olunan aşkarlığa, azlıqlara hörmət olunmasına, müstəqil ədliyyə, azad mətbuatın qorunmasına çalışmalıyıq”.