Bugün Ermənistan prezidenti Serj Sarkisyan və tanınmamış Dağlıq Qarabağ respublikasının prezidenti Bako Saakyan Qarabağda bayram tədbirlərində iştirak ediblər. Xankəndi və Şuşada keçirilən tədbirlərdə Şuşanın alınması və 9 may Qələbə günü qeyd edilib.
Şuşa şəhərinin girişində “Tank” memorial abidəsinə gül qoyan Sarkisyan Qarabağı işğal edən erməni əsgərlərini yad edib. Bayram tədbirləri Şuşa qalasının divarları yaxınlıqdakı bağda davam edib. Məlumatı Regnum xəbər agentliyi yayıb.
azadliq.info