Rəsul Quliyev də aksiya qərarı verdi

Açıq Cəmiyyət Partiyası 10 may tarixində şəhərin mərkəzində razılaşdırılmamış aksiya keçirməyə hazırlaşır.
Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin müşaviri Ağasif Şakiroğlunun APA-ya veridiyi məlumata görə, aksiyanın keçirilməsi isə ACP Gənclər Komitəsinə və ACP Qadınlar Komitəsinə tapşırılıb. Aksiyanın Fəvvarələr meydanında saat 14.00-18.00 aralığında keçirilməsi nəzərdə tutulur.