Klinton Pakistanı Hindistandan “vurdu”

ABŞ Dövlət Katibi Hillari Klinton Hindistanda açıqlama verdiyi mətbuat konfransında Pakistanı ittiham etdi. “Pakistan terrorun yayılma mərkəzi olmamalıdır” – deyən Klinton İslamabaddan ərazisini terror təşkilatlarına verməməsini və buna qarşı tədbir görməsini tələb edib.  

ABŞ və Hindistan 2008-ci ildə Bombey şəhərində baş verən terror aktlarının təşkilatçısı Hafiz Əsədi vermədiyi üçün Pakistanı sərt tənqid ediblər. Pakistan hökümətinin terrorla mübarizə kifayət qədər səy göstərmədiyini deyən xanım Klinton 30 min pakistanlının məhz terroristlər tərəfindən öldürüldüyünü deyib.

Pakistan Xarici İşlər naziri Hina Rabbani ABŞ-ın pilotsuz təyyarələrlə endirdiyi hava zərbələrini Pakistanın suverenliyinin pozulması kimi qiymətləndirib. Parlamentdə edilən çıxışda ABŞ-a xəbərdarlıq etdiklərini bildirmişdi.  

azadliq.info