Türkiyənin məşhur serial aktrisası ölkədən qovula bilər

Türkiyə istehsalı olan və dünyanın bir çox ölkəsində izlənən “Öyle bir geçer zaman ki” serialında “Karolina” rolunu canlandıran alman əsilli aktrisa Vilma Elle Türkiyədən deportasiya olunma təhlükəsiylə üzləşib. Hər şey aktrisanın polis idarəsinə getməsiylə ortaya çıxıb. Pasport işləri üçün İstanbul polisinə gedən Ellesdən Türkiyədə oturum icazəsi olduğunu göstərən sənəd tələb olunub. Ancaq aktirsa ondan tələb olunan sənədi polis işçilərinə verməyib. Çünki sənədi çantasında tapa bilməyib. Aktrisa sənədin həmişə çantasında olduğunu deyərək onun oğurlandığını, ya da itirə biləcəyini söyləyib. Qanuna əsasən oturum icazəsi olmayan şəxs Türkiyədən deportasiya edilməlidir.

azadliq.info