Azad İqtisadiyyata Yardım İctimai Birliyinin (AİYİB) “Mülkiyyət hüquqları ilə bağlı fotosərgisi” üçün müsabiqə keçirib. Artıq müsabiqənin nəticələri məlum olub. Birliyin rəhbəri Zöhrab İsmayıl Facebbok səhifəsində məlumat yayıb ki, Abbas Atilay, Mehman Hüseynov, Şəhla Sultanova, Əziz Elxanoğlu və İslam Şıxəli müsabiqənin qalibləri seçiliblər. Onların fotoları mayın 18-də “Mülkiyyət hüquqları ilə bağlı fotosərgidə” nümayiş etdiriləcək. Fotosərgi saat 10:00-dan 17:00-dək “Park İnn” otelində keçiriləcək.
azadliq.info


