Türkiyənin “Milliyet”i mərhum ölkə başçısını 5 diktatordan biri kimi göstərdi
Türkiyənin “Milliyet” qəzeti Putinin üçüncü dəfə prezident kürsüsünə əyləşməsinə məqalə həsr edib. Məqalədə Putinin hakimiyyəti belə uzun müddətdə əldə saxlamaq baxımından 5 qatı diktatorla rəqabət aparacağı qeyd olunur. Putinin “rəqibləri” arasında Azərbaycanın keçmiş prezidneti Heydər Əliyev də var.
Qəzet yazır: “Konsitusiya üçüncü dəfə prezident seçilməyə icazə vermədiyi üçün Putin Kremldə öz yerinə Medvedevi göndərdi. Amma hakimiyyəti heç zaman əldən vermədi. 4 illik fasilədən sonra Rusiya hakimiyyəti hüquqi olaraq yenidən Putinin əlindədir. “Yeni çar “ ləqəbli Putin 2018-ci ildə təkrar “demokratik” yolla seçilərsə 24 illik hakimiyyəti ilə yeni bir rekorda imza atacaq”.
Qəzet Putin hakimiyyətinin ömrünü bu 5 diktatorla müqayisə edib.
1. Heydər Əliyev – 34 il
2. Çili diktatoru Avqusto Pinoçet – 16 il
3. Zimbabve prezidenti Robert Muqabe – 32 il
4. Kuba lideri Fidel Kastro – 49 il
5. Müəmmər Qəzzafi – 42 il
azadliq.info