Bəşər Əsəd seçki keçirir

40 ildə ilk dəfədir ki, Suriyada keçirilən parlament seçkisində “Bəəs” partiyasından başqa digər partiyalar da iştirak edir. Parlamentdəki 250 yer uğrunda 9 yeni partiya mübarizə aparacaq.
Müxalifət isə iddia edir ki, onlar siyasi iqtidara bağlıdır və müstəqil deyillər. Bu səbəbdən müxalifət seçkini boykot etməyə çağırıb. Seçki yeni konstitusiyanın qəbulundan 3 ay sonra keçirilir. Yeni konstitusiya “Bəəs”i  “rəhbər partiya” olmaqdan məhrum etdi və başqa partiyaların yaradılmasına icazə verdi. Yeni qanunla prezidentlik müddəti 7 ildir və dövlət başçısı iki dəfədən artıq seçilə bilməz. 
Parlament seçkilərində “Bəəs” və onun dəstəkləyən Milli İnkişaf Cəbhəsindən başqa 7 partiya var. Ənənəvi olaraq, yerlərin yarısı fəhlə və kəndlilərin nümayəndələrinə ayrılır. Yerlər uğrunda 7195 namizəd mübarizə aparır. 
Müxalif  koalisiyanın başçısı, Suriya Milli Şurasının üzvü Əl-Xəraki deyib ki, “bu oyun, rejim tərəfindən təşkil olunan maskaradın bir hissəsidir”. Seçki keçirilməsi və atəşkəsin imzalanmasına baxmayaraq, Əsəd rejimi ölkədə qan axıtmaqda davam edir.
azadliq.info