ABŞ çinli müxalifə sığınacaq verəcək

Vitse prezident Co Bayden:“Çen Quanqçenqə viza verməyə hazırıq. Onun gələcəyi ABŞ-dadır”

ABŞ vitse-prezidenti Co Bayden bildirib ki, ölkəsinin rəsmi qurumları çinli müxalif Çen Quanqçenqə dərhal viza verməyə hazırdır. “NBC “telekanlına müsahibə verən Baydenin sözlərinə görə, Vaşinqton Çin hökumətindən Çenə Nyu York Universitetində təhsil almağa icazə verəcəyi ilə bağlı öhdəliyinə sadiq qalacağını gözləyir. Vitse prezident kor dissidentin gələcəyinin ABŞ-da olduğunu söyləyib.

Xatırladaq ki, Çen, onun xanımı və uşaqları hazırda Pekin xəstəxanasındadırlar. Burada Çen iki həftə öncə evdən qaçarkən aldığı xəsarətlərdən müalicə olunur. Çin xarici işlər nazirliyi cümə günü bəyan edib ki, “istənilən başqa Çin vətəndaşı kimi” Çen ABŞ-da təhsil almaqda azaddır. Bu bəyanat Çenin özü və ailəsinin təhlükəsizliyi üçün narahat olduğunu dilə gətirməsindən sonra verilib.

azadliq.info