Ohayo Universitetində çıxış edən Obama ölkəsinin iqtisadi zəifləmədən yaxa qurtarmaq üçün ciddi mübarizəyə başladığını bildirib
Birləşmiş Ştatların prezidenti Barak Obama Ohayo ştatında seçkiqabağı təşviqat kampaniyasına start verib. Ohayonun Dövlət Universitetində tərəfdarları qarşısına çıxan Obama bildirib ki, ölkəsi onun rəhbərliyi altında iqtisadi zəifləmədən yaxa qurtarmaq üçün ciddi mübarizəyə başlayıb. Onun sözlərinə görə, resbulikaçı Mit Romni ölkənin iqtisadi inkişafına deyil, tənəzzülünə səbəb olacaq.
“Biz o dönəmləri yaşamışıq və bir daha geri qayıtmayacağıq. Bu yolun geri dönüşü yoxdur. On ildən çox çəkən müharibədən sonra ölkənin daxili problemlərinə daha çox diqqət yetirməyin vaxtı çatıb”, – deyə Obama fikrini ifadə edib.
Qeyd edək ki, Obama daha sonra Virciniya ştatında tərəfdarları ilə görüşəcək.
Prezident seçkilərində Obamanın əsas rəqibi kimi göstərilən respublikaçı Romni isə Obamanın uğursuz siyasət yürütdyünü bildirib və bunu ölkənin iqtisadi durumu ilə sübut etməyə çalışıb.
Onu da qeyd edək ki, Birləşmiş Ştatlarda dövlət rəhbərliyi uğrunda mübarizə noyabr ayında başlayacaq. Seçkilərdə Obamanın əsas rəqibi kimi respublikaçı namizəd Mit Romni göstərilir.


