Əli Kərimli: “Bu mübarizə xalqın bir sülalənin əsarətindən xilas olması üçündür, ondan zərərlə çıxan iqtidar olacaq”
Mayın 5-də Müsavat Partiyasının qərargahında İctimai Palatanın növbəti sessiyası keçirildi. Sessiyanın gündəliyində iki məsələ vardı: İctimai siyasi vəziyyət və cari məsələlər.
Sessiyanın başlanğıcında ötən dövrdə İctimai Palatanın Koordinasiya Şurasının işinə rəhbərlik edən Rafiq Manaflının hesabatı dinlənildi. Rafiq Manaflı sessiya iştiralçılarına görülən işlər, keçirilən tədbirlər və rəsmi bəyanatlar barədə məlumat verdi.
***
İlk çıxışçı AXCP sədri, İP KŞ-nın üzvü Əli Kərimli oldu. O, ictimai-siyasi durumu qiymətləndirdi, İP-ın qarşısında duran vəzifələrdən danışdı.
Əli Kərimli öncə İP-nın keçirdiyi iki mitinq barədə dəyərləndirmə etdi. O bildirdi ki, bu aksiyalar Azərbaycan müxalifətinin nüfuzunu və təşkilatlanma səviyyəsini göstərdi: “Azərbaycan hakimiyyətinin 6 -7 ildir davam edən qaragüruhçu siyasətinə baxmayaraq Azərbaycanın real müxalif qüvvələri öz strukturlarını qoruyub saxlaya bilib. Bu aksiyalar göstərdi ki, yalnız İctimai Palatada təmisl olunan, ona yaxın qüvvələr deyil, sadə xalqın özü də etiraz aksiyalarına qatılmağa can atır. Minlərlə siyasətə aiddiyatı olmayan insan bu aksiyalarda iştirak etdi. Bu bizim üçün ən mühüm yekunlardan biridir. Mitinqlərimiz dünya medaisının diqqətində oldu. Dünya mediası Azərbaycanda avtoritar rejimlə ciddi bir mübarizənin getdiyinə növbəti dəfə şahid oldu. Başa düşdülər ki, burda rejimlə mübarizəni bir qrup fəal insan, ayrı-ayrı dissidentlər yox, ciddi, təşkilatlanmış müxalif qüvvə aparır.
20-ci sahədə keçirilən aksiyalar əslində bizim xalqımıza kompromis üçün atdığımız addım idi. Biz ondan əvvəl kifayət qədər razılaşdırılmamış aksiyalar keçirmişik. Biz hiss etdik ki, razılaşdırılmamış aksiyalara gəlmək istəməyən, amma etiraz etmək niyyəti olan çox sayda insanımız var, onlara da bir fürsət vermək lazımdır. Bu məqsədlə 20-ci sahəyə getdik. Baxmayaraq ki, ora mitinq üçün uzaq və əlverişsizdir. Hesab edirəm ki, 20-ci sahədəki aksiyalarımız İctimai Palatanın aktivinə yazıldı. Aksiyalar bizim gücümüzü, bizə xalqın dəstəyini ifadə elədi. Aşkarcasına göründü ki, mitinqlərdə iştirakçı sayı artan xətlə gedir. Yeri gəlmişkən, mən jurnalistlərə, xüsusən “Azadlıq” radiosunun əməkdaşlarına təşəkkür edirəm ki, onlar hər iki mitinqdə avtobusların inzibatı qaydada xətdən çıxarılmasını çəkərək sənədləşdirə bildilər. Bu sənədlər vasitəsi ilə bütün dünya gördü ki, hətta bu ucqar nöqtədə də müxalifətin toplanmasına hakimiyyət dözmür; xalqın müxalifətə artan dəstəyinin qarşısını almaqdan ötəri hər cür oyundan çıxır, hətta Sovet İttifaqının tətbiq etmədiyi qadağaları həyata keçirir. Baş verənlər açıq-aşkar gösrətdi ki, hökumət xalqdan qorxur.
Bu gün xalqımız etirazını ifadə etmək üçün fürsət axtarır. Belə bir fürsət olacağı təqdirdə mitiqnlər daha da yüksələn xətlə gedəcək. Hər iki mitinqdə 10 minin üzərində iştirakının olması Azərbaycan xalqının aparılan eybəcər dövlət siyasəti ilə barışmadığına da sübut idi.
Aksiyalarımıza maneələr o həddə gəlib çatmışdı ki, sanki bu mitinqlər razılaşdırılmamış qaydada keçirilirdi. Marşuturdan mitinq başlamağa bir saat qalmış 28 avtobus çıxarılırsa və insanların ora piyada getmək imkanı yoxdursa, biz onları aksiya keçirilən yerə taksi ilə getməyə vadar edə bilməzdik. Ona görə də biz 20-ci sahədəki aksiyaları dayandırmağa məcbur olduq. Daha doğrusu hökumət bu aksiyaları dayandırdı. Bunun üçün də biz mətbuat konfransı keçirərək bildirdi ki, sərbəst toplaşmaq hüququmuz bərpa edilməsə Bakı şəhərinin ən müxtəlif yerlərində etiraz aksiyası keçirmək kimi konstitusion hüququmuzdan istifadə edəcəyik. Bu hüququmuzdan istifadə üçün biz atrıq 7 maya Bakı Şəhər İcra Hakimiyyəti önünə aksiya təyin etmişik. Əminəm ki, fədakar üzvlərimiz bu aksiyanı layiqncə reallaşdıracaqlar. Bundan sonra növbəti dəfə hər kəs görəcək ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı, imkanı yoxdur.
Biz 20-ci sahəyə bir neçə dəfə razılışanda da demişdik ki, bu bizim bütün ölkə boyu, Bakının müxtəlif yerlərində aksiya keçirmək hüququmuzdan əl çəkməmiz demək deyil. Sərbəst toplaşmaq azadlığı yalnız bir qapalı meydanla məhdudlaşa bilməz. Biz bu mövqemizdə qalırıq. Bu mövqemizi bizimlə görüşən diplomatik korpus nümayəndələrinə də çatdırdıq”.
Əli Kərimli dipkorpus nümayəndələri ilə İP təmsilçiləri arasındakı görüşdən də danışdı. Bildirdi ki, görüşdə Azərbaycan üçün mühüm olan bütün problemlər, o cümlədən vicdan məhbusları, sərbəst toplaşmaq hüququnun reallaşması problemləri müzakirə edilib. Diplomatların İP-lə görüşünə hər zaman hakimiyyətin qısqanc və qaraguruhçu münasibətini tənqid edən AXCP sədri bildirdi ki, bu həm də hakim düşərgənin siyasi savadsızlığı ilə bağlıdır. Onlar anlamırlar ki, bugünkü müxalifət sabahın iqtidarıdır, diplomatların belə qüvvələrlə görüşmək, məsələhətləmə aparmaq vəzifəsi var. Əli Kərimli təqdiralayiq hadisə kimi diplomatların hakimiyyətin şantajçı, qaraguruhçu fəaliyyəti qarşısında geri çəkilməməsini vurğuladı. AXCP sədrinə görə keçirilən görüş həm də İP-ın müxalifətin avanqardı olmasının təsdiqidir.
AXCP sədri “Eurovision” yarışması ilə bağlı ölkənin adı ətrafında yaranmış vəziyyətə də toxundu: “Bu yarışmaya xalqımızın yanaşması müxtəlifdir. Bizim üçün bu yarışma Azərbaycanın problemlərinin həllinə, ictimailəşdirilməsinə nail olmaq, rejimlə mübarizə aparan insanların olduğunun təsdiqi kimi xarakterizə olunur. İstəyirik ki, bu yarışma da Azərbaycan gec də olsa siyasi ishalatlara başlayan ölkə kimi daxil olsun. Yarışmaya ölkəmiz gerçəkdən Avropanın mədəni tədbirinni keçirməyə haqqı olan kimi təqdim olunsun. Və göstərilsin ki, çətin də olsa Azərbaycanda demokratikləşmə üçün çaışmalar bəhrə verilib; siyasi məhbuslar azad olunub, islahatların önü açılıb. Amma çox təəssüf ki, hökumət bizim bu xoş niyyətimizi anlamır. Nəinki siyasi məhbusları azad etmir, yeni həbslər həyata keçirir, yeni zorakılıqlar edir. Hökumət bu yarışmadan demokratikləşmə üçün fürsət kimi istifadə etmək əvəzinə, qorxunu daha da atırır, cəmiyyətə, müxalifətə qarşı kinini-küdrətəini daha da güclədir. Onların bu hərəkətində heç bir məntiq yoxdur. Bu repressiyalarla hökumət bizə bir zərbə vurursa, özünə ikisini vurur”.
Hakimiyyətin müxalifətə qarşı repressiv addımlarını “mənim bir gözümü çıxart ki, qonşunun iki gözü çıxsın” məsəli ilə uzlaşdıran Əli Kərimli dedi ki, beynəxalq və yerli ictimaiyyətin çağırışlarına məhəl qoymayaraq vicdan məhbuslarını azad etməməklə, sərbəst toplaşmaq azadlığının təmin olunması, islahatların önünün açılması üçün addım atmamaqla rejim özünü beynəlxalq aləmin hədəfinə çevirib. İndi dünyanın auditoriyası yüzminlərlə ölçülən nüfuzlu nəşrləri hər gün Azərbaycandakı siyasi eybəcərlikləri ifşa edir.
Əli Kərimli bildirdi ki, əvvəlcədən qərara alındığı kimi, siyasi məhbuslar həbsdən burxaılmayacağı təqdirdə onların azadlığı üçün “Eurovison” günlərində də mübarizə dayandırmayacaq: “Bu mübarəzə atran xətlə gedəcək və ondan zərərlə çıxan Azərbaycan hakimiyyəti olacaq”.
AXCP sədri Əliyevçi rejimin xarici siyasətdə kobud səhvlərini də tənqid etdi. O, Azərbaycan rəhbərliyinin Türkiyə əleyhinə işlətdiyi, «Wikileaks» səndələrində əksini tapan səhv fikirləri, ötən il dövlət səviyyəsində Böyük Britaniyaya qarşı aparılan “soyuq mətbuat müharibəsini” xatırladaraq hazırda Almaniya əleyhinə aparılan kampaniyaya qiymət verdi. Almaniyanı Qarabağ problemində Azərbaycana ən güclü dəstək verən Qərb dövləti kimi xarakterizə edən AXCP lideri bu dövlətə yönəlik addımları qaragüruhçuluq adlandırdı: “Aparılan ucuz siyasətə baxmayaraq xalqımız kimin kim olduğunu yaxşı bilir. Bilir ki, Azərbaycan hökumətindən məhbuslara azadlıq istəyənlər, bu gün hökumətin yıxdığı evlər üçün kompensasiya tələb edənlər, hökumətdən islahatlar, sərbəst toplaşmaq, mətbuat, söz azadlığı, azad seçki istəyənlər bizim düşmənlərimiz yox, dostlarımızdır. Xalqımız bunu bilir və ölkəmiz üçün demokratiya istəyən bütün qüvvələrə minnətdardır”.
AXCP sədri daha sonra dedi: “Ölkəmiz yetkinliyi olmayan, dövlət idarəetmə səriştəsi zəif olan insanların əlindədir. Onlar ölkəmizi müttəfiqsiz, arxasız qoyublar. Savaşda olan bir ölkəni hər kəslə qarşıdurma vəziyyətinə gətirib çıxarıblar. Bu da əlavə bir səbəb olmalıdır ki, biz ölkəmizə sahib çıxaq. Bu məqsədlə İctimai Palata nəinki öz mübarizəsini atran xətlə gücləndirir, paralel olaraq cəmiyyətin daha ciddi təmərküzləşməsi üçün Ziyalılar Forumu ilə birgə fəaliyyət üçün prinsipial razılaşma əldə edib. Bu, çox mühüm hadisədir. Azərbaycanın ən böyük intelektualları, ən böyük yaradıcı insanları, Azərbaycanı dünyada tanıdan insanlar bizim mübarizəmizlə həmrəydilər. Onlar bizim apardığımız mübarizənin haqq mübarizəsi olduğunun fərqindədirlər və qəbul edirlər. Bizə mənəvi-siyasi dəstəklərini ifadə edirlər. Biz onlarla birgə ciddi bir tədbir planlaşdırırıq. İlkin olaraq mayın sonuna Ziyalılar Forumu ilə birgə “Ümumrespublika demokratik müşavirəsi”ni çağırmağı planlaşdırırıq. Müşavirədə məqsədimiz ölkənin bütün demokratik potensialını səfərbər etməkdir. Biz ölkədə dəyişiklik, ədalətin və azadlığın təntənəsini istəyən hər kəsin bir masa arxasında oturmasını təmin etmək istəyirik. Biz ölkənin demokratikləşməsi, bir sülalənin əsarətindən xalqın xilası üçün mübarizə aparırıq. İnanıram ki, apardığımız mübarizə nəticəsini verəcək. Gənclərin, vətəndaş cəmiyyəti fəallarının, regionların İctimai Palata ilə çiyin-çiyinə olması və qarşıdan gələn müşavirədə bütün demokratların bir masa arxasında olması ölkədəki avtoritar rejimə güclü bir mesaj olacaq. Bu mesaj ondan ibarətdir ki, Azərbaycan xalqının başladığı mübarizəni avtobusları xətdən çıxarmaqla, insanları şərləyib həbsə atmaqla, şantaj etməklə dayandırmaq mümkün olmayacaq. Xalq öz haqqında sahib olacaq və İctimai Palata bunun üçün lazım olan hər şeyi edəcək”.
Hakimiyyət xarici himayədən məhrum olub
Ictimai Palatanın üzvü Ərəstun Oruclunun çıxışında hakimiyyətin xarici dayaqlarını itirdiyi vurğulandı. Əliyevçi hakimiyyətin heç vaxt xalqın iradəsini ifadə etmədiyini, xaricdən təyin olunduğunu deyən Ərəstun Oruclunun sözlərinə görə, artıq yeganə dayaqdan – xarici himayədən də məhrum olublar. Ərəstun Oruclu hesab edir ki, yaxın vaxtlarda ATƏT və NATO kimi ciddi qurumlar da Azərbaycan hakimiyyətilə bağlı sərt mövqe nümayiş etdirəcəklər.
Ictimai Palatanın üzvü Mustafa Hacıbəyli isə təklif etdi ki, mayın 13-nə aksiya üçün hökumətdən şəhərin mərkəzində yer istənilsin. Aksiyaya icazə verilməsə, üzərində vicdan məhbuslarının fotosu olan maykaları geyinən təxminən min nəfərlə şəhərdə dinc gəzinti təşkil olunsun.
“Eurovision” günlərində aclıq aksiyası
IP KŞ-nın üzvü Pənah Hüseyn çıxışında də əvvəlcə ötən ay keçirilən mitinqləri dəyərləndirdi. Dedi ki, mitinqdə 10 mindən artıq adamın bütün maneələri aşaraq iştirak etməsi ölkədə nəhəng etirazçı potensialından xəbər verir: “Bu mitinqlər göstərdi ki, aksiyada iştirakçıların 10 mindən 100 minə çatması an məsələsidir”.
P.Hüseyn “Eurovision” günlərində aclıq aksiyası keçirməyə hazırlaşan vicdan məhbusları barədə də danışdı: “Onların aclıq aksiyasına gərək yoxdur. Lazım gəlsə biz kütləvi şəkildə aclıq aksiyası keçirməliyik. Qoy, dünya görsün ki, bunların çalıb-çağırdığı bir zamanda bu ölkənin əsas siyasi gücləri, yüzlərlə insan aclıq edir. Iqtidar qulaqlarını açıb, nəhayət bizi eşitsin. Bizim planlarımız çoxdur”.
Ictimai Palatanın üzvü Gülağa Aslanlı hamını 7 mayda keçiriləcək piketdə iştirak etməyə çağırdı.
Ictimai Palatanın bir başqa üzvü Fəxrəddin Abbaslı Sumqayıtın problemlərindən söz açdı, hamını 13 mayda bu şəhərdə keçiriləcək mitinqə dəvət etdi.
Ictimai Palatanın üzvü, AXCP sədrinin müavini Nurəddin Məmmədli də mayın 7-nə təyin olunan piket barədə danışdı: “Biz bu aksiya vasitəsilə dünyaya göstərməliyik ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı yoxdur”.
Ictimai Palatanın üzvü Ilqar Hüseynÿ bu qurumun veb səhifəsinin yaradılmasını təklif etdi.
Qurumun digər bir üzvü Fəzli Mehdiyevin isə belə bir təklifi oldu ki, 7 maydan sonra Bakının küçə və meydanları şüarlar və siyasi məhbusların şəkillərilə doldurulsun.
YAP və yalan
Toplantıda sonuncu çıxışçı Müsavat başqanı, IP KŞ üzvü Isa Qəmbər oldu. Yeri və beynəlxalq ictimaiyyətin Ictimai Palatanı əsas alternativ kimi qəbul etdiyini deyən Isa Qəmbər Ziyalılar Forumu və diplomatik korpusla təmaslar üzərində xüsusi dayandı: “Bu, dünyanın Ictimai Palatanı əsas qüvvə kimi qəbul etməsinin sübutu idi. Hətta YAP-çılar dedilər ki, niyə xarici diplomatlar YAP-la görüşə gəlmir, Ictimai Palata ilə görüşür. Onlar YAP-çılarla da görüşürlər. Bu baxımdan YAP-çılar növbəti dəfə yalanı özlərinə rəva görürlər.
Bunlar heç kimi aldada bilmədilər. Almaniyanı təkləmək kimi absurd planları da iflasa uğradı. Fransa səfirinin məlum müsahibəsi göstərdi ki, Avropa Birliyinin bu hakimiyyətə münasibəti neqativdir”.
Aksiyalar şəhərin mərkəzində davam edəcək
Isa Qəmbər ötən ay keçirilmiş mitinqlərə də toxundu: “Bu cür aksiyaları Ictimai Palatadan başqa kimsə edə bilməz. Hətta YAP da buna risk etmir. Bu mənada özümüzə dəqiq qiymət verməliyik, Azərbaycanda ikinci belə bir qüvvə yoxdur”.
Ictimai Palatanın yeni mərhələyə qədəm qoyduğunu və taktiki dəyişiklik etdiyini deyən Müsavat başqanı buna əsas səbəb kimi, hakimiyyətin repressiyalarını, hətta icazəli məkanda da toplaşmağa imkan verməməsini göstərdi.
Isa Qəmbərin sözlərinə görə, Ictimai Palatanın öz taktikasına yenidən baxmasının bir səbəbi də “Eurovision”dur: “Bu ayda Bakıda keçiriləcək dünya miqyaslı hadisədən maksimum və effektli istifadə zərurəti yaranıb. Mitinqlər təxirə salınmayıb, sadəcə, bizim mitinq taktikamız dəyişib. Aksiyalar davam edəcək, 7 mayda biz həm dinc məramımızı, həm də gücümüzüÿgöstərməliyik. Ola bilər ki, 13 və 19 mayda da şəhərin mərkəzinə mitinq təyin edək. Hakimiyyət ağlını başına yığıb, bizim dostlarımızı azad etməsə, aksiyalarımız artan intensivliklə şəhərin mərkəzində davam edəcək”.
Başqandan təkliflər
Isa Qəmbər Ictimai Palatanın Informasiya Mərkəzinin yaradılması haqda da danışdı və imkanı olan hər kəsi bu layihəyə dəstək verməyə çağırdı.
Başqan həmçinin təklif etdi ki, Ictimai Palata üzvləri 8 mayda – Şuşanın işğalının 20-ci ildönümündəÿŞəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət etsin.
Isa Qəmbər bu ilə təsadüf edən bir sıra yubileylər, o cümlədən Elçibəy başda olmaqla, xalq hakimiyyətinin iqtidara gəlməsinin ildönümünün əhəmiyyətindən də danışdı.
“Artıq dünya da bu iqtidarla vidalaşmağa psixoloji olaraq hazırdır. Belə bir əlverişli məqamı may ayı üçün əldən buraxmamaq lazımdır” deyən Isa Qəmbər hamını aktiv mübarizəyə səslədi.
Sonda təkliflər səsə qoyuldu və qəbul olundu. Ictimai Palata 13 və 20 may tarixlərində mitinq keçirilməsinə qərar verdi, siyasi məhbuslarla bağlı bəyanat qəbul olundu.
Natiq Güləhmədoğlu
.