Süleyman Dəmirələ cinayət işi açıldı

Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirələ qarşı cinayət işi qaldırılıb. “Zaman” qəzetinin xəbərinə görə, ittihamın əsas obyekti “Ədalət müdafiəçiləri qrupu” və keçmiş prezidentdir.

Dəmirəl və adı çəkilən qrup 1997-ci ilin 28 fevralında baş verən “məxməri dövlət çevrilişi”ndə fəal iştirakda ittiham edilir. İttiham olunanlar arasında Sultanbəyli bələdiyyəsinin keçmiş başçısı Əli Nəbi Kocaka, ikinci tank briqadasının komandiri Doğu Silahçıoğlu da var.

1997-ci ildə hakimiyyət dəyişikliyinə səbəb olan çevriliş ölkə tarixində (1960, 1971 və 1980-ci illərin hadisələrindən sonra) dördüncü idi. Onu “postmodern çevriliş” də adlandırırlar. Həmin vaxt qan tökülməsə də, hərbçilər hakimiyyəti ələ almasalar da, baş nazir Nəcməddin Ərbakan istefa verməyə məcbur olmuşdu.