Facebbok səhmlərini 28 dollara satır

Dünyanın ən böyük online sosial şəbəkəsi olan Facebook ilk dəfə olaraq öz səhmlərini satışa çıxarır və ilkin qiyməti elan edib. İPO-da , yəni ictimaiyyətə ilkin təklif adlanan bu ilk satışda Facebook öz səhminə 28-35 dollar qiymət qoyur. Səhmlər bu qiymətə satılsa, Facebook 11,8 milyard dollar qazanacaq.
Bu, İnternet İPO-lar arasında rekord olacaq. Hətta Google 2004-cü ildə İPO-dan cəmi 1,9 milyard dollar qazanmışdı.
Facebookun yaradıcısı və rəhbəri, bu ay 28 yaşı tamam olan Mark Zuckerbergin İPO-dan sonra  Facebookda payı 31,5 faizə çatacaq. Və əgər İPO-da bir səhm nəzərdə tutulan ən yuxarı qiymətə-  35 dollara satılsa, Zuckerbergin var-dövləti 17,6 milyard dollara çatacaq. O, Forbes jurnalının ən varlılar siyahısında 33-cü yerə çıxacaq.    
Satışa çıxarılan hissə Facebookun 12,3 faizidir.
Facebook keçən il təkcə reklamdan 3,7 milyard dollar qazanıb. Onun 900 milyon istifadəçisi var.
Facebookun səhmi satışa mayın 18-də çıxarılacaq (“Azadlıq” radiosu).