Bin Ladenin cəsədini tapan Azərbaycandadır

Öldürüləcəyindən qorxan amerikalı dalğıc ölkəmizə sığınıb?
 
“Əl-Qaidə” terror şəbəkəsinin lideri Üsamə bin Ladenlə bağlı daha bir maraqlı məlumat yayılıb. Amerikalı “xəzinə ovçusu Bill Uorren ötən il öldürülən “Əl-Qaidə” liderinin öldürüldükdən sonra Oman dənizinə atılan cəsədinin yerini təyin etdiyini açıqlayıb. Bu günə qədər 200 batmış gəminin yerini tapan Uorren Üsamə bin Ladenin cəsədinin dənizə atıldığı yeri bildiyini söyləyib. “Xəzinə ovçusu” “Əl-Qaidə” liderinin cəsədinin Hindistanın Surat şəhərinin 200 mil qərbində olduğunu deyib. Uorren amerikalı əsgərlərin onun cəsədinə ağırlıq bağlayaraq dənizə atdığını, bu səbəbdən də cəsədin tərpənmədiyini bildirib. 
 
Xəbəri daha da maraqlı edən odur ki, Üsamə bin Ladenin cəsədini tapdığını deyən Bill Uorrenin hazırda Azərbaycanda olmasıdır. Türkiyə mediasını yazdığına görə, hələ də Azərbaycanda olan Uorren “Əl-Qaidə” liderinin cəsədinin axtarış işlərinin ən çox 3 ay davam edəcəyini, ancaq 1 həftədən az müddətdə Üsamə bin Ladeni tapacağına inandığını deyib. “Xəzinə ovçusu” həmçinin ABŞ tərəfindən öldürülməsindən və ya axtarış gəmisinin amerikalıların batıracağından qorxduğunu bildirib.
 
azadliq.info