Amerikan hərbi akademiyasının Terrorizmlə Mübarizə Mərkəzinin saytında Üsəma Ben Ladenin arxivindən 17 sənəd çap olunub. Bu sənədlər 1 il əvvəl onun Pakistanda yerləşən evinə hücum edilərkən ələ keçirilmişdi.Açıqlanan sənədlərdə Ben Ladenin “Əl-Qaidə”nin digər liderləri ilə 2006-cı ilin sentyabrından 2011-ci ilin aprelinədək olan yazışmaları yer alıb. Məktublarda Ben Laden islam ölkələrində cihad ideyasına dəstəyin itirilməsindən şikayətlənir və bu ölkələrdə terror aktlarının keçirilməməsini tövsiyyə edir.
2011-ci ildə ərəb dünyasında baş verən təlatümləri o, “qorxunc hadisələr” adlandırıb. Bu həftənin əvvəli ABŞ-ın terrorla mübarizədə prezident məsləhətçisi Con Brenan bəyan etmişdi ki, ələ keçirilən sənədlər bir daha təsdiq edir ki, “Əl-Qaidə” liderinin öldürülməsi Amerikanın təhlükəsizliyinin möhkəmlənməsinə kömək edib.
azadliq.info


