Ketrin Eşton:“Senzura, jurnalistlərin, redaktorların, yazıçıların sıxışdırılması yolverilməzdir”
Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə bəyanat yayıb. 27 ölkənin daxil olduğu Avropa Birliyinin adından verilən bəyanatda deyilir: “İfadə azadlığı Ümumdünya İnsan Hüquqları Bəyannaməsində əksini tapıb və hər bir insanın informasiya axtarmaq, almaq, yaymaq hüquqlarını nəzərdə tutur. Avropa İttifaqı mayın 3-də qeyd olunan Ümumdünya Mətbuat Azadlığı Günündə bu prinsipləri xatırladır və söz azadlığı, plüralist media uğrunda mübarizə aparanlara sayğı ifadə edir”.
Ketrin Eşton əlavə edib ki, senzura, jurnalistlərin, redaktorların, yazıçıların sıxışdırılması, onlara senzura tətbiqi yolverilməzdir: “Avropa İttifaqı media təmsilçilərinin həbsini, onlara zorakılıq tətbiqini qınayır, bütün dövlətləri jurnalistlərin təhlükəsizliyini təmin etməyə, azad çalışmalarına imkan yaratmağa çağırır”.
azadliq.info