Sarayda 28 May konserti olacaq

28 May Respublika Günü münasibətilə Heydər Əliyev Sarayında bayram konserti olacaq.

Sarayın mətbuat xidmətinin rəhbəri Anar Fərəczadənin Lent.az-a verdiyi xəbərə görə, konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Vətənimdir Azərbaycan” adı altına keçiriləcək. Konsertdə ölkənin ən tanınmış sənətçiləri iştirak edəcək.

Konsertdə xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Ağadadaş Ağayev, əməkdar artistlər Aygün Hümbətova, Cavanşir Məmmədov, Firuzə İbadova, Lalə Məmmədova, Abbas Bağırov, müğənnilər Nüşabə Ələsgərli, Elnur Məmmədov, Ayaz Qasımov, Səfurə Əlizadə, Xəyyam Nisanov, Sevda Yəhyayeva, Nicat Məhərrəmov, Rəşad İlyasov, “Şeron” qrupu, Natəvan Həbibi, Zamiq Hüseynov, Elton Məmmədov, Nurlan Növrəsli, Ramal İsrafilov, Murad Sadıx, “Asiman” rəqs qrupu iştirak edəcək.

Konsert mayın 28-də saat 19:00-da başlayacaq. Artıq satışda olan biletlərin qiyməti 10-30 manatdır.