Bakıda avtobus qəzası: 9 nəfər yaralanıb

Hadisə Yasamal rayonu ərazisində baş verib

Bakı şəhəri Yasamal rayonu ərazisində sərnişin avtobusu qəzaya uğrayıb. Yasamal rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Yasamal bazarı yaxınlığında, Şərifzadə küçəsi, 78-də 17 saylı avtobus maneə çırpılıb.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə isə qəza zamanı 9 nəfər xəsarət alıb.