Putinlə Medvedev “pivələndi”

Bu gün Moskvada 1 may aksiyaları keçirilib. Həmkarlar təşkilatlarının və “Vahid Rusiya” partiyasnın təşkil etdiyi yürüş-aksiya sovet ənənələrində qeyd edilib. Mitinqin şüarları: “Biz gücük!”, “Zəhmətkeşlər Putin və Medvedev tərəfdarıdır”, “Yaz gəldi-bataqlıq qurudu.

Teatralnı meydanında isə kommunistlər öz mitinqini keçirib. Mitinq “Sosializm qalib gələcək!”, “Seçkilər loxatron deyil” şüarları ilə yadda qalıb. Peterburqda isə müxalifət partiyası “Başqa Rusiya”nın və millətçilərin birgə aksiyası olub.

1 may yürüşündə iştirak edən prezident Medvedev və Putin mitinqi “Jiquli” pivəxanasında baş çəkiblər. Çips, fıstıq, osetin piroqları düzülmüş stol qonaqları hazır gözləyib. Qəlyənaltılar tandemin xoşuna gəlməyib. Medvedev  qaynadılmış kartofla siyənək balığı, Putin isə qızardılmış kartofla qoyun kolbasası sifariş edib. Hər ikisi filtrlənməmiş “Jiquli” pivəsi sifariş edib.

 

azadliq.info