ulduz fali

Günün ulduz falı (01.05.12)

QOÇ
Bürcün nümayəndələri bu gün ünsiyyətcil deyillər deyə, həmfikirlərilə belə dil tapa bilməyəcəklər. Ən xırda məsələ üstündə mübahsiəniz düşəcək. Fikir ayrılığı getdikcə ciddi xarakter alacaq. Günün başlanğıcında mübahisəni yola vermək mümkün olacaqsa, günün ikinci yarısı üçün bunu söyləmək olmaz.
BUĞA
Sizin üçün çox yaxşı gündür. Sizin diqqət və qayğı göstərməyiniz yaxınlarınızı sevindirəcək. Ailədə sülh, mehribanlığın hökm sürməsi yalnız sizin zəhmətinizin bəhrəsidir. Yarı ilə dil tapmayan nümayəndələr üçün də bu gün romantik olacaq.
ƏKIZLƏR
Bir sıra suallara cavab verməkdə yardımçı olacaq vacib məlumatlar alacaqsınız. Yadda saxlayın ki, boş vaxt itkisi yolverilməzdir. Nə qədər iti hərəkət etsəniz, bir o qədər də nəticə yaxında olar. Parlaq geyim ala bilərsiniz. Ulduzlar bunun yaxın gələcəkdə gərəyiniz olacağını söyləyir.
XƏRÇƏNG
Etiraf edin ki, imkanlarınız sərhədsiz deyil. Bu faktı danmazsanız, artıq əmək də sərf etməzsiniz. Əgər inadkarlıq sağlam düşüncəyə qalib gələrsə, onda artıq vaxt itkisinə hazır olun. Bəzi müttəfiqlərinizi itirəcəksiniz. Bunun səbəbini sonra anlayacaqsınız.
ŞIR
Günün emosional mənzərəsi gərgin olacaq. Bu səbəbdən də bürcün nümayəndələri gərgin, əsəbi və səbirsiz olacaqlar. “Şir”lər dillərini dinc saxlamayacaq, ətrafdakılar isə onlarla çətinliklə dil tapa biləcəklər. Yalnız ən yaxın adamlarınızı bu neqativ təsirdən qorumağa çalışacaqsınız. Ancaq bu da elə uğurlu alınmayacaq.
QIZ
Axşama doğru pozitiv tendensiyalardan əsər-əlamət qalmayacaq. Bu üzdən də dar macaldan səmərəli istifadə etməyə çalışın. Rəqəmlə bağlı istənilən iş xüsusi diqqət tələb edəcək. Yaxşı olar ki, hesabları bir neçə dəfə yoxlayın ki, səhviniz olmasın. Gözlənilməz xoş sürpriz də olacaq.
TƏRƏZI
Bürcün nümayəndələri yadda qalan xoş hadisələr sorağındadırlar. Təəssüf ki, şəxsi müstəvidəki durum nə bu baxımdan, nə də başqa səbəbdən sizləri sevidirməyəcək. “Tərəzi”lərin öz güclərinə güvənərək uğur qazanmaq şansı var.
ƏQRƏB
Itkiyə yol verməmək üçün daha sürətli hərəkət etməlisiniz. Rəqibləriniz sizin bir addımlığınızdadırlar. Onlardan irəlidə getmək getdikcə çətinləşir. Ən yaxın adamınızla münasibətləri aydınlaşdırmaqdansa, daha sülhpərvərlik nümayiş etdirərək çətin məsələləri müzakirə edin.
OXATAN
Çətinliklər danılmazdır, amma onların öhdəsindən gələcəksiniz. Yaxşı olar ki, bu gün həmkarlarınızla ünsiyyətdə olarkən daha diqqətli və ehtiyatlı olasınız. Yaşca sizdən böyük olan qohumlardan faydalı məsləhət eşidəcəksiniz. Ümumiyyətlə, gün başqasının təcrübəsindən çıxış edərək gələcəyinizi formalaşdırmaqla bağlıdır.
OĞLAQ
Yeni təəssürat həvəsi “Oğlaq”ları yanlış addım atmağa sövq edəcək. Ehtimal ki, çoxdankı həmkarlardan birilə sözünüz çəp gələcək. Həmişə sizin tərəfinizi tutan şəxslə aranızda ciddi münaqişə olacağı da istisna edilmir. Yadda saxlayın, bir zamanlar sizə zərbə vuranları asanlıqla dost kimi qəbul etmək olmaz. Ehtimal ki, onlar yenə öz çirkin əməllərini nümayiş etdirəcəklər.
DOLÇA
Neytral gündür. Bürcün nümayəndələri uğursuzluğa bağlı olan işlərdən uzaq duracaqlar. Əgər hansısa uğura imza atmış olsanız belə tələskənliyə yol verməməyə çalışacaqsınız. Bu günə yola çıxmağı planlaşdırmamağınız məsləhətdir. Həyəcan və narahatlıq əhvalınızı korlaya bilər. Həmçinin bu gün borca da pul verməməyiniz tövsiyə olunur.
BALIQLAR
“Balıqlar” üçün bu gün elə də xoş gün deyil. Bürcün nümayədələri asan uğur arzusundadırlar. Ulduzlar isə bunun olmayacağını bəyan edir. Yaxşı olar ki, zəhmətə qatlaşasınız. Hərəkətləriniz mövqeyinizi zəiflədəcək, köhnə əlaqələrdən istifadə etmək nəticəsiz olacaq.