strasser

Avropa Şurası məruzəçisindən “Eurovision”u boykot çağırışı

“Boykot Ukrayna ilə məhdudlaşmamalı, Azərbaycana da eyni münasibət olmalıdır, orada da insan haqları pozulur”

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda siyasi məhbuslar üzrə həmməruzəçisi Kristof Ştrasser iyun ayında Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatını boykot etmək təklifinə münasibət bildirib. O, öz bloqunda bunun doğru addım olduğunu yazır.
“Azadlıq” radiosunun məlumatına görə, “Idmanı və siyasəti qarışdırmaq olmaz” kimi ənənəvi mövqeni tənqid edən Ştrasser düşünür ki, belə addımın ancaq Ukrayna ilə məhdudlaşması doğru olmazdı.
Onun fikrincə, Belarusda keçiriləcək xokkey üzrə dünya çempionatı və Azərbaycanda baş tutacaq “Eurovision” mahnı müsabiqəsinə də eyni münasibət göstərmək lazımdır, çünki orada da insan haqları pozulur.
Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkoya qarşı Xarkov həbsxanasında baş verən zorakılığı pisləyən Almaniya rəsmiləri bu ölkədə keçiriləcək futbol üzrə Avropa çempionatını boykot etmək təklifini səsləndiriblər.