Dünyanın ən varlı adamlarından, avstraliyalı milyarder Klav Palmer “Titanik” laynerinin müasir versiyasını hazırlamağı sifariş verib. Mədən sənayesinə sahib olan milyarder deyib ki, gəminin inşasına bu ilin sonunda başlanılacaq. Layner ilk səfərinə isə 2016-cı ildə çıxacaq.
Yeni gəmi “Titanik”ə dizayn və texniki xarakteristikasına görə çox oxşayacaq, ancaq onun hazırlanmasında ən müasir texnologiyadan istifadə olunacaq. Gəmini Çin şirkəti “Jinling Shipyard” istifadəyə verəcək. Lüks şəraitinə görə gəmi həqiqi “Titanik”dən fərqlənməyəcək.
azadliq.info