Seriallara qadağa Türkiyə mediasının baş xəbəri oldu

Mayın 1-dən etibarən Azərbaycan telekanallarında əcnəbi serialların yayımı dayandırılır. Buna Milli Televiziya və Radio Şurası (MTRŞ) qərar verib. Ölkəmizdə daha çox türk seriallarının yayılması səbəbiylə Türkiyə mediası MTRŞ-ın qərarına xüsusi yer ayırıb. “trt.haber.com” saytı, “Vatan”, “Haberturk” və başqa qəzetlər qərarı “Azərbaycandan türk dizilərinə yasaq” başlığı ilə yayımlayıb.

MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin qərarla bağlı açıqlaması da Türkiyə mediasında sensasiya kimi qarşılanıb. Ölkənin ən aparıcı qəzetlərinin veb-saytları, müstəqil portalları bildirib ki, əcnəbi teleserialların yayımı dayandırılacaq və bu qərara tabe olmayanlar cəzalandırılacaq.