Müxaliflər Suriya diktatoruna qarşı bütün cəbhələrdən hücuma keçdi
Suriyada atəşkəs elan olunmasına baxmayaraq gərginlik davam edir. Son iki gün ərzində ölkənin mxtəlif yerlərində Bəşər Əsəd rejiminin təhlükəsizlik qüvvələrini hədəf olan bir neçə partlayış törədilib. Suriyanın şimal-qərbindəki İdlib şəhərində iki kamikadzenin törətdiyi partlayışlar zamanı 20-dən çox insanın öldüyü deyilir. Hərbi-hava qüvvələrinin kəşfiyyat agentliyi və Hərbi Kəşfiyyat qərargahı yaxınlığında törədilən partlayışlar nəticəsində ölənlərin çoxunun təhlükəsizlik qüvvələri əməkdaşları olduğu bildirilib.
Paytaxt Dəməşqdə də partlayış səsləri eşidilib. Partlayışın bomba yüklənmiş avtomobilin uzaqdan partladılması ilə ba. Verdiyi deyilir. Olay nəticəsində ölən və yaralananların dəqiq sayı barədə məlumat yoxdur. Rəsmi dairələr isə partlayışı “terrorçu qrupların” törətdiyini və 8 nəfərin öldüyünü bildirib. Müşahidəçi Qrupunun verdiyi məlumata görə, srağagün təhlükəsizlik qüvvələri ilə üsyançılar arasında baş vermiş sonuncu qarşıdurmalarda azı 25 nəfər öldürülüb. Ölənlərdən ikisinin mülki vətəndaş olduğu bildirilir. Məlumata görə, döyüşlər, əsasən, Hələb və Həma şəhərlərində baş verib.
Ötən gün isə paytaxt Dəməşqdə Suriya Mərkəzi Bankının binasına hücum olub. Suriya dövlət televiziyasının məlumatına görə, üsyançılar binaya qumbaraatanlardan atəş açıblar, nəticədə binaya ciddi ziyan dəyib. Silahlı şəxslər həmçinin yaxınlıqdakı polis patruluna da hücum ediblər, nəticədə 4 polis yaralanıb. Suriyanın Aralıq dənizi sahilindəki şəhərlərindən biri Lazkiyədə yerləşən hərbi bazaya üsyançıların hücum etdiyinə dair xəbərlər yayılıb. Rəsmi medianın məlumatına görə, üsyançılar gecə saatlarında motorsuz qayıqlarla sahilə yaxınlaşaraq yaxınlıqdakı hərbi bazanı atəşə tutub. Yaranmış qarşıdurma zamanı hər iki tərəfdən 10-dan çox silahlının öldüyü bildirilir.
Bundan başqa Bəşər Əsədin Lazkiyə şəhərindəki iqamətgahı üsyançı əsgərlərin hücumuna məruz qalıb. Ordudan yayınaraq müxaliflərin tərəfinə keçən 30-a uaxın əsgər Bəşər Əsədin əsasən yay aylarında istirahət etmək üçün gəldiyi sarayı atəşə tutub. Sarayın mühafizəçiləri ilə üsyançılar arasında qarşıdurma yaranıb. Incident zamanı ölən və yaralananların sayı barədə açıqlama verilməyib.
Ölkədə fəaliyyət göstərən BMT-nin müşahidəçi qrupu isə Homs şəhərinin Əl-Xalidiyyə qəsəbəsində olub. Qrupun norveçli rəhbəri general-mayor Robert Mud Bəşər Bəşər Əsədi və ölkə müxalifətini zorakılığa son qoymağa və atəşkəsə nail olmağa çağırıb. Mud bildirib ki, tezliklə müşahidəçi qrupun sayı 300 nəfərə çatdırılacaq. Onun sözlərinə görə, bununla belə suriyalılar özləri məsələnin həllində əsas rol oynayacaqlar.
azadliq.info