Almaniya mətbuatı bu ölkənin prezidenti Yoahim Qaukun Ukrayna rəsmilərilə görüşməkdən imtinası ətrafında şərhləri davam etdirir. Olayı təhlil edən analitiklər belə nəticəyə gəliblər ki, prezidentin bu addımı insan hüquq və azadlıqların pozulduğu digər dövlətlərə, o cümlədən Azərbaycana xəbərdarlıq, həmçinin bu cür ölkələrdəki rejimlərə münasibətlərinə yenidən baxılması üçün avropalı liderlərə mesajdır.
“Yoahim Qauk siqnal göndərdi, özü də çox dəqiq şəkildə. O, Ukrayna rəsmilərinin dəvətindən, onlarla görüşməkdən imtina etdi. Səbəb kimi isə bu ölkədə müxalifət liderinin (Yuliya Timoşenko) siyasi motivlərlə həbsdə saxlanılmasını, ehtiyacı olduğu halda, lazımi tibbi yardım ala bilməməsini göstərdi.
Bu ilk baxışdan ciddi əhəmiyyət daşımayan simvolik aktdır. Amma bu imtinasıyla Qauk azadlıq mövzusuna münasibətini ortaya qoydu. Çünki Ukrayna, Belarus, Azərbaycan kimi ölkələrdə azadlıq anlayışı tamamilə başqa anlamda başa düşülür. Qaukun siqnalı isə o deməkdir ki, biz bu ölkələrdə demokratiya, insan hüquq və azadlıqları məsələlərinə həssas yanaşırıq. Bu ölkələrdə keçirilən hansısa idman və ya musiqi yaraşmalarıyla kifayətlənmirik.
Qauk Yuliya Timoşenkonun həbsinə görə Ukrayna prezidenti Viktor Yanukoviçlə görüşməkdən açıq şəkildə imtina edən ilk avropalı lider oldu. Bu, eyni zamanda digər Avropa liderlərinə də mesajdır…”, – deyə “tagesspiegel”də Von Klaudia von Salzen yazır.
Informasiya şöbəsi


