Mübariz Məsimov ada aldı

İş adamı adaya “İçərişəhər” adını verib

Azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov Türkiyənin Bodrum şəhərində sahibi olduğu “Palmarina” limanının yaxınlığında ada alıb. ANS PRESS-in Newsmeeting saytına isinadən verdiyi məlumata görə, hazırda adada ciddi inşaat işləri gedir və yaxın zamanlarda adanın təntənəli şəkildə açılışının olacağı gözlənilir.

Məlumata görə, Bodrumda yaşayan türklərin də diqqətini çəkən ada Bakıdakı İçərişəhəri xatırladacaq. Belə ki, adaya “İçərişəhər” adını verən M.Mənsimov orada Bakıdakı Qız Qalasına bənzər qala da tikdirir.

Qoşa Qala qapısı ilə ətrafa açılan qalada dünyanın ən tanınmış brendlərindən olan “Billionaire” və “Cipriani” restoranları, eləcə də Türkiyənin tanınmış balıq restoranı da fəaliyyətə başlayacaq.

Yayılan məlumatlara görə, adanın açılışı iyun ayının ortalarına planlaşdırılır və açılışda dünyanın tanınmış ulduzlarının çıxışı nəzərdə tutulur. Mətbuat nümayəndələri isə adanın ətrafına buraxılmır.