Amerikadan İrana qarşılıqlı güzəşt

Sülh məqsədilə uranın 5%-ə qədər zənginləşdirilməsi mümkündür

ABŞ bəzi güzəştlər qarşılığında İrana uranı zənginləşdirməyə icazə verə bilər. “Los Angeles Times” qəzetinin yazdığına görə, Baraka Obama administrasiyası uranın 5%-ə qədər zənginləşdirilməsi imkanlarına baxırlar. Əgər İran öz nüvə obyektlərinə beynəlxalq müşahidəçiləri buraxmağa və nüvə proqramı üzərində daimi nəzarəti gerçəkləşdirməyə icazə verəcəksə.

Qəzet ABŞ və digər ölkələrin İranın öz nüvə proqramını dayandırmayacağı qənaətinə gəldiklərini yazır. Bu səbəbdən 5%-lik kompromis variantı nəzərdən keçirirlər. Bu ölçü uranın sülh məqsədləri ilə istifadəsi üçün yetərlidir. Atom silahının hazırlanması üçün uranın 90% zənginləşdirilməsi vacibdir. Bu ilin aprelində İran alimlərinə uranı 20%-ə qədər zənginləşdirmək müəssər olub.

azadliq.info