Azərbaycan prezidenti İlham Əliyev nəqliyyat naziri Ziya Məmmədovu “Şöhrət” ordeni ilə təltif edib. Prezidentin rəsmi saytında yer alan məlumatda deyilir ki, Ziya Məmmədov bu mükafata Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə layiq görülüb.
Lakin bu təltifin də, başqa məmurlarla bağlı hallardakı kimi, yubiley münasibətilə edildiyi aydındır. Belə ki, ölkə başçısının məmurlara onların yubiley yaşlarında “Şöhrət” ordeni verməsi artıq ənənəyə çevrilib. Ziya Məmmədov da 60 illik yubileyini qeyd edir. O, 1952-ci ilin 28 aprelində anadan olub. Prezidentin onu “Şöhrət”ləndirməsi də yəqin ki, bu münasibətlədir.
Ziya Məmmədova yubiley “Şöhrət”i
•