Saakaşvili hakimiyyətdən getməyə razılıq verdi

Gürcüstan prezidenti Rusiya qarşısında şərt qoydu

Gürcüstan prezidenti Mixail Saakaşvili rusiyalı həmkarı Dmitri Medvedevin jurnalistlərlə görüşündə ona ünvanladığı ittihamlarına cavab verib. Əlavə edək ki, Medvedev “Gürcüstanda Rusiyanın əməkdaşlıq edə biləcəyi rəhbərin hakimiyyətə gələcəyinə əmin olduğunu söyləyib. Kreml rəhbəri bildirib ki, Saakaşvili boş yerdir, sıfırdır, heç nədir. O, gec ya tez siyasi həyatdan gedəcək. Rusiya isə hakimiyyətə gələn yeni liderlə diplomatik münasibətləri qaydaya salmağa hazırdır.

Saakaşvili isə buna cavab olaraq bildirib ki, Rusiya Abxaziya və Cənubi Osetiyadan öz qoşunlarını çıxarsa, prezident postundan imtina etməyə hazırdır:“Əgər Rusiya işğal etdiyi torpaqları qaytarmağa və qoşunlarını çıxarmağa hazırdırsa, mən günü bu gün istənilən yerə getməyə və cənab Medvedevlə yaxud Rusiyanın real rəhbəri ilə müvafiq saziş imzalamağa hazıram. Bu saziş mənim və hökumətimizin istefası əvəzinə Abxaziya və Cənubi Osetiya bölgəsinin qaytarılmasını nəzərdə tutacaq”.

azadliq.info